İstanbulda ticarət mərkəzində atışma - Yaralılar var
16 Aprel 2016 17:06 (UTC+04:00)
Vaxtilə "Metroport" ticarət mərkəzində çalışmış təhlükəsizlik əməkdaşı öz kürəkəni ilə mübahisə etdikdən sonra ona odlu silahdan atəş açıb.
Nəticədə həmin şəxs ağır yaralanıb. Sonra atəş açan şəxs özünü ayağından vurub.
Hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Apa