Toni Brekston Bakıda konsert verəcək

15 Noyabr 2012 05:48 (UTC+04:00)
Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək. Trend-in məlumatına görə, 6 Qremmi mükafatı laureatı Toni Brekston Bakıda ikigünlük konsert proqramı ilə çıxış edəcək.

Unudulmaz şou dekabrın 17-18-də Heydər Əliyev Sarayında təşkil olunacaq. Meqastar Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək. Toni Brekston tamaşaçılara 90 dəqiqəlik unudulmaz şou vəd edir.

AzNews.az