Londonda etiraz aksiyası - 150 min insan paytaxtın mərkəzində toplandı

16 Aprel 2016 23:45 (UTC+04:00)

Sosial xərclərin azaldılmasına qarşı çıxan on minlərlə insan paytaxtın mərkəzində mitinq keçirib.

Aksiyaçılar əvvəlcə London Universitet kollecində toplaşıblar. Sonra Trafalqar meydanına yola düşüblər. Paytaxt polisi şəhərin çox mərkəzi küçələrində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa məcbur olub.

Etirazçılar Mühafizəkarlar Partiyasının lideri, baş nazir Devid Kemerondan istefa verməyi tələb ediblər və hakimiyyətdən sərt iqtisadi tədbirlərin dayandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları həmçinin hökuməti iqtisadiyyatın dövlət sektorundakı xərcləri azaldılmasını da dayandırmağa çağırıblar.

Mitinqdə xeyli sayda tələbə və tibb idarələrinin əməkdaşları iştirak edib.


Report