Aktyor Məcid Dadaşov vəfat etdi

17 Aprel 2016 09:39 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər.

Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib.

Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.