“Bu, Qarabağ münaqişəsinin destabilizasiya potensialını göstərdi” - ATƏT PA sədri
17 Aprel 2016 17:09 (UTC+04:00)
Bunu Almaniyanın Laynsvayler şəhərində ATƏT-in Parlament Assambleyası (PA) çərçivəsində münaqişələrin həllinə həsr olunan seminarda ATƏT PA-nın sədri İlka Kanerva bildirib.
İ. Kanerva deyib ki, ATƏT regionunda bütün münaqişələrin həlli yolunu tapmaq istiqamətində fikir ayrılıqlarını aradan götürmək üçün siyasi iradə tapmaq kritik məqam olaraq qalır. Bu, ATƏT-in həllində mandata malik olduğu bütün münaqişələrin həllində əsas komponent olaraq qalır.
Qeyd edək ki, 16-17 aprel tarixlərində Laynsvaylerdə ATƏT-in Parlament Assambleyası çərçivəsində münaqişələrin həllinə həsr olunan seminar keçirilib. Seminarda Almaniya, Rusiya, Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Ermənistan, Gürcüstan, İtaliya, Litva, Moldova, İsveçrə və İsveçdən olan parlamentarilər iştirak ediblər. Seminarda məqsəd münaqişələrin həllinə ATƏT-in töhfəsini müzakirə etməkdir. Seminarda müzakirələr əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında son gərginliyə həsr olunub.
Apa