Sabir Rüstəmxanlı qızının müğənni ilə ailə qurmasından danışdı - Video

17 Aprel 2016 19:49 (UTC+04:00)

ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin qonağı olan xalq şairi Sabir Rüstəmxanlı qızının Elçin Cəfərovla ailə həyatı qurmasından danışıb.

Verilişin aparıcısı Günay Firudinqızının "Niyə müğənni ilə ailə həyatı qurmağına icazə verdiniz? Araşdırdınız, yoxsa sırf öz seçimi idi deyə sayğı duydunuz? sualına sabiq millət vəkilinin cavabı belə olub:

"Uşaqlarımın seçimlərinə həmişə sayğı duymuşam. Onun həyatıdır, mən ona müdaxilə edə bilmərəm. Təbii ki, hər atanın, ananın övladları ilə bağlı öz düşüncəsi olur. Amma bu da Allahın yazısıdır. Mən ona heç nə deyə bilmərəm".

Big.az