Moldovada Azərbaycan kinosu günləri

15 Noyabr 2012 06:33 (UTC+04:00)
Moldovada Azərbaycan Mədəniyyəti Günləri davam edir. Paytaxt Kişineunun "Odeon" Mədəniyyət Mərkəzində isə Azərbaycan kinosu günləri keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də "Girov" bədii filmi təqdim edilib. Nümayişdən öncə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çıxış edib.

O, çıxışında Azərbaycan kinosunun tarixi, Azərbaycan və Moldova arasında qarşılıqlı əlaqələr barədə söz açıb.

Bahar Rüstəmli
AzNews.az