Mingəçevirdə silah-sursat tapıldı

18 Aprel 2016 12:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları atılan ərazidən 1 ədəd nömrəsi silinən "İJ-18MM" markalı, 1 ədəd "TOZ-8" markalı ov tüfəngləri, 1 ədəd kustar üsulla hazırlanan "Revolver" markalı tapançaya oxşar silah, 1 ədəd "F-1" markalı qumbara və 5 ədəd patron tapılıb.