Azərbaycan silahları sərgidə - Foto

18 Aprel 2016 12:39 (UTC+04:00)

"AzeriDefence"nin məlumatına görə, dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.

Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir.

azeridefence.com