Rusiya ərəb ölkələrini günahlandırdı - Neft hasilatına görə

18 Aprel 2016 16:59 (UTC+04:00)

Bu barədə NTV telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazir bildirib ki, söhbət Səudiyyə Ərəbistanından və bəzi Fars körfəzi ölkələrindən gedir: "Onlar təklif etdi ki, neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə mütləq şəkildə görüşdə iştirak etməyən ölkələr də qoşulsun. Söhbət İran və Liviyadan gedir".

Xatırladaq ki, ötən gün baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

APA.az