İlham Əliyevlə Sərkisyanın görüşü ATƏT MQ-nin himayəsində keçirilməyəcək

18 Aprel 2016 21:49 (UTC+04:00)

Bu sözləri RİA Novosti-yə açıqlamasında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.

O bildrib ki, indiki mərhələdə danışıqlar prosesinin tərəfləri və həmsədrlər ali səviyyədə görüşün keçirilməsinin mümkünlüyü və ya onun keçirilmə tarixi barədə danışmayıblar.

V. Akopyan qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentləri Minsk Qrupunun həmsədr ölkələri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını dəfələrlə vurğulayıblar. O, ölkəsinin də bu mövqeyi dəstəklədiyini söyləyib.


Oxu.az