Tanınmış prodüserə - Vəzifə verildi

19 Aprel 2016 12:14 (UTC+04:00)

ATV-nin xəbərlər xidmətinin icraçı prodüseri Əli Vəliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri təyin olunub.

Ə.Vəliyev yayılan xəbəri təsdiq edərək ARKİ-nin mətbuat xidmətinin rəhbəri təyin olunduğunu söyləyib.

Qeyd edək ki Əli Vəliyev ATV kanalında "Səni axtarıram", "Bakı-2015" Avropa oyunları layihələrinin baş prodüseri, xəbərlər xidmətinin icraçı produseri kimi fəaliyyət göstərib.

qafqazinfo.az