Neftçalada baş verən qətllə bağlı DİN-dən - Açıqlama
19 Aprel 2016 13:22 (UTC+04:00)
AzNews.az xəbər verir ki, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.
Araşdırma aparılır.