Hərbçimiz həlak oldu – Günay İbrahimlinin qohumudur

19 Aprel 2016 14:11 (UTC+04:00)

AzNews.az verir ki, təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Müdafiə Nazirliyi AzNews.az-ın müvafiq sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Hərbçimiz bu gün Beyləqanda Cərciz peyğəmbər ziyarətgahının qəbirstanlığında dəfn olunub.

Həlak olan hərbçi müğənni Günay İbrahimlinin qohumudur. O, bu barədə sosial şəbəkədə yazıb. Bildirib ki, həlak olan hərbçi onun atasının bibisi nəvəsidir.