TQDK-dan əhaliyə - Müraciət

19 Aprel 2016 15:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Müraciətdə deyilir:

"Son günlər facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılmışdır. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi facebook səhifəsi istifadəyə veriləcəkdir və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcəkdir. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur".