Zaqatalada ev yandı

19 Aprel 2016 16:01 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Gözbarax kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kv.m sahədə və mətbəx əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.