Rusiya ilə Türkiyə arasında badımcan - Qalmaqalı

19 Aprel 2016 18:00 (UTC+04:00)


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qurum rəhbərinin köməkçisi Aleksey Alekseyenko məlumat verib.

"Biz Türkiyə tərəfini Moskvaya dəvət etdik, 26 aprel tarixini təklif etdik, hələki cavab yoxdur", - deyə Alekseyenko bildirib.

Alekseyenko həmçinin qeyd edib ki, yaxın zamanda Türkiyədən badımcan idxal olunmasına müvəqqəti qadağa qoyulacağı da istisna olunmur: "Badımcanlarda karantin zərəvericiləri digər bitkiçilik məhsullarından daha çox aşkar olunub. Qadağa kifayət qədər tez tətbiq edilə bilər".

Qeyd edək ki, 2016-cı il martın sonunda Rusiya Türkiyəyə məxsus təxminən 28 ton həcmində tərəvəzi geri qaytarıb. Tərəvəzlərdə bitkiçilik üçün ən təhlükəli olan böcək aşkarlanıb.

Bir müddət öncə də "Rosselxoznadzor"un saytında Türkiyədən gətirilən daha 16 ton badımcanda bu növ böcək aşkarlanıb. Qurumdan verilən məlumata görə, bununla artıq cari il ərzində Türkiyədən gətirilən badımcan partiyalarında bu növ böcəyə 4-cü dəfə rastlanır.

Aydan AXUNDOVA