Gədəbəy sakini özünü bıçaqladı

19 Aprel 2016 23:20 (UTC+04:00)

Rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Sülhəddin İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

S. İsmayılovun yaxınları onun özü-özünə xəsarət yetirdiyini bildiriblər.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.


Apa