Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi - Bakıda

20 Aprel 2016 08:58 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzilin eyvanında 0.5 kv.m sahəyə yığılan divar kağızı yanıb.

Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 1 kv.m sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.