Şəhid pilot “Azərbaycan Bayrağı”na layiq görüldü

20 Aprel 2016 11:26 (UTC+04:00)

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

Şəhidin qardaşı Vidadi Vəlizadənin verdiyi məlumata görə, şəhid olan pilotlardan biri, mayor Urfan Vəlizadə "Azərbaycan Bayrağı"na layiq görülüb.

Modern.az