Əfqanıstanda daha bir terror - Vitse-prezidentin evinin yanında

20 Aprel 2016 11:31 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış Əfqanıstanın vitse-prezidenti, general Əbdülrəşid Dustumun evinin yanında baş verib. Əfqanıstan Müdafiə Nazirliyi partlayış nəticəsində təlafatın olmadığını bildirib.

Xatırladaq ki, ötən gün Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış olub. Partlayış nəticəsində 28 nəfər ölüb, 327 nəfər yaralanıb. Yaralılardan çoxu ağır vəziyyətdədir. Bu, son aylar ərzində Əfqanıstanda törədilən ən böyük terror aktlarındandan biridir. Partlayışa görə məsuliyyəti "Taliban" terrorçu qruplaşması öz üzərinə götürüb.

Aydan AXUNDOVA