Qəbələ sakini ağacın altında qalaraq öldü

20 Aprel 2016 12:28 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da Qəbələ rayonunun Soquca kəndində kənd sakini Araz Aslanlının kəsdiyi ağac başına düşüb. Xəstəxanaya yerləşdirilən A.Aslanlı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.