Evdən 10 min manatlıq qızıl oğurlandı - Bakıda

20 Aprel 2016 12:57 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Bakı şəhər sakini Nazim Mirzəliyevə məxsus evdən 650 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlayan həmyerliləri Amin Abdullayev və Elmir Mirzəliyev tutulublar.