Nazirlikdə ciddi dəyişiklik - 3 rəhbər şəxs işdən çıxarıldı

20 Aprel 2016 13:55 (UTC+04:00)

Birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb.

BTRİB-dən məsələ ilə bağlı şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

APA.az