Rusiya səfiri: “Rusiya ilə Türkiyə həmrəydir”

15 Noyabr 2012 08:56 (UTC+04:00)
Rusiyanın Türkiyədəki səfiri Vladimir İvanovski Suriya məsələsi ilə bağlı açıqlama verib. AzNews.az-ın hurriyetdailynews.com saytına istinadən verdiyi xəbərə görə, səfir bildirib ki, Türkiyə və Rusiya Suriya məsələsi ilə bağlı eyni mövqeyi bölüşür.

"Həm Rusiya, həm də Türkiyə Suriyaya xarici hərbi müdaxilənin əleyhinədir. Hər iki dövlət günahsız qan tökülməsinin dayandırılmasını istəyir". Səfir iki ölkə arasında vizasız rejim məsələsinə də toxunub və bildirib ki, yaxın zamanlarda belə bir qərar gözlənilmir.

Sadiq Musa
AzNews.az