Bir mənzil iki nəfərə satıldı - Bakıda

20 Aprel 2016 15:20 (UTC+04:00)

57 yaşlı Məmmədov İslam Ağaməmməd oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu il yanvar ayında Ağdam rayon sakini 51 yaşlı İlqar Rəhimov etibarından sui-istifadə edərək M.Kazimovski küçəsi ev 5 mənzil 23-ü ona 53 000 ABŞ dollarına satıb. Lakin sonradan məlum olub ki, o, həmin mənzili Zamir adlı şəxsə təkrar satıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az