Həştərxanda Heydər Əliyevin doğum gününə həsr olunmuş – Silsilə tədbirlər

20 Aprel 2016 15:49 (UTC+04:00)


Bu tədbirlər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbdə 9-11-ci sinif şagirdləri arasında sinif saatları keçirilmişdir. Məktəblilər sinif yoldaşlarının hazırladıqları və Heydər Əliyevin keçdiyi yolun müxtəlif mərhələlərindən bəhs edən təqdimatları izləyiblər. Həmçinin məktəbin kitabxanasında "Heydər Əliyev və onun dövrü" adlı sərgi açılıb.

May ayında məktəbdə müəllimlər, şagirdlər və onların valideynləri, dövlət orqanlarının nümayəndələri və rayon və şəhər deputatlarının iştirakı ilə Heydər Əliyevin doğum gününə həsr olunmuş təntənəli görüş keçirilməsi nəzərdə tutulub.

Bir sıra tədbirlər Həştərxan vilayətinin Xarabalinski və Nərimanov rayonlarında keçiriləcək.

Ədalət Hüseynovun sözlərinə görə, görülən işlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında daha ətraflı məlumat verməklə yanaşı, həm də iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə veriri, beynəlmiləlçilik ruhunun güclənməsinə kömək edir.