İŞİD seks köləliyindən imtina edən - 250 qadını edam etdi

20 Aprel 2016 21:48 (UTC+04:00)

Bu haqda İraq Kürdüstanının nümayəndəsi Said Mamuzini məlumat verib.

Onun bildirdiyinə görə, qadınları və qızları islamçılarla müvəqqəti nikaha girməyə məcbur ediblər. Bu isə o deməkdir ki, onlar yaraqlıların girovuna çevrilirlər. Seks köləsi olmaqdan imtina edənlər isə öldürülürlər.

Digər mənbə isə deyib ki, Mosulda qadınlara evdən tək çıxmaq, açıq sifətlə ictimai yerdə olmaq, eləcə də öz istəkləri ilə ər seçmək qadağan edilib.

Modern.az