80 yaşlı kişi arvadını öldürdü - Bakıda
21 Aprel 2016 09:59 (UTC+04:00)
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Rayon sakini, 80 yaşlı Abbasəli Hüseynov həyat yoldaşı, 80 yaşlı Nisə Kərimovanı bıçaqlayaraq öldürüb.
Hadisəni törədən A. Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.