Binəqədidə 2 nəfər intihar etdi

21 Aprel 2016 12:07 (UTC+04:00)

APA-nın məlumatına görə, hər iki hadisə dünən paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakinləri - 1957-ci il təvəllüdlü Səlimxan Əliyar oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Aynurə İzzət qızı Məmmədova yaşadıqları evdə özlərini asaraq intihar ediblər.

Hər iki faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.