Ermənilərin hərbi avtomobili özlərinin basdırdığı minaya düşdü - MN

21 Aprel 2016 18:10 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, əslində isə bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus Zil-131 markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var: "Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır".