Bakı-Qazax magistralında ağır qəza - 1 ölü, 2 yaralı

21 Aprel 2016 20:30 (UTC+04:00)

Hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. "VAZ 2107" markalı avtomobilin aşması nəticəsində bir sərnişin hadisə yerində ölüb. Sürücü və başqa bir sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.

Faktla baölı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


APA.az