4 uşaq atası özünü ağacdan asdı

22 Aprel 2016 11:36 (UTC+04:00)

Qusarın Əniğ kənd sakini 41 yaşlı Elşad Bacan oğlu Şıxmətov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib. Hadisə yerinə Qusarın polis və prokurorluq əməkdaşları gəlib və müayinələr aparıblar. 4 uşaq atasının öz həyatına hansı səbəbdən son qoyması hələ ki, məlum deyil.

Mərhumun içkiyə meyilli olduğu bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar gedir.

anspress.com