Azərbaycanlı diasporçular sərhəddə saxlanıldı - Gürcüstana buraxılmayıblar
22 Aprel 2016 14:07 (UTC+04:00)
AzNews.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, BDM sədr müavini Samir Adıgözəlli, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Samir Adıgözəlli isə Qardabanidə 2 saat saxlandıqdan sonra "Sadıqlı" keçid məntəqəsindən Azərbaycana buraxılıb. Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq BDM nümayəndə heyəti saxlanılıb.