Ermənilərdən Lavrova “hədiyyə” - “Molotov kokteyli” + Video

22 Aprel 2016 15:27 (UTC+04:00)

Ötən gün Yerevanda "Artsaxdan əlinizi çəkin" şüarı alıtnda geniş etiraz aksiyası baş tutub.

Aksiyada iştirak edən minlərlə insan şəhərin mərkəzi küçələrindən keçərək Rusiya səfirliyinin qarşısına toplaşıblar. Səfirliyin ərazisini xüsusi təyinatlı qüvvələrlə və 3 ayrı polis kordonu ilə mühasirəyə alan təhlükəsizlik qüvvələri, etirazçılara binaya yaxınlaşmağa imkan verməyiblər.

Aksiyanın təşkilatçıları rusiyalı diplomatlara hədiyyə gətirdiyini elan edərək səfirliyə çəkmə, "Molotov kokteyli", bir ovuc torpaq və dəmir sikkə ötürüblər. Onlar çəkmənin rus sapoqunu simvolizə etdiyini deyiblər.

Bundan başqa, torpaq və kokteylin Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gəzən şaiyələrə qarşı xəbərdarlıq olduğunu, sikkənin isə strateji tərəfdaş kimi Rusiyanın pula həris olmasını göstərdiyini bildiriblər.

Modern.az