Həmməruzəçilərin gəlmə tarixi bəlli oldu

15 Noyabr 2012 11:09 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex (Malta) və Pedro Aqramunt Font de Mora (İspaniya) Azərbaycana noyabrın 25-də səfər edəcəklər. Bu barədə APA-ya maltalı həmməruzəçisi Jozef Debono Qrex bildirib.

Həmməruzəçilər 4 gün Bakıda olacaq, ölkə rəsmiləri ilə görüşlər keçirəcəklər. Səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmə vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

Bu, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icra vəziyyətinə dair hesabatın AŞPA-nın plenar sessiyasına tövsiyə olunmasından əvvəl həmməruzəçilərin bölgəyə son səfəri olacaq.

Xatırladaq ki, Jozef Debono Qrex və Pedro Aqramunt sonuncu dəfə fevralın 1-3-də Azərbaycanda səfərdə olublar.

AzNews.az