Lavrov Sarkisyanla görüşdü: “Danışıqlar masasına qayıtmaq çətindir”

22 Aprel 2016 18:05 (UTC+04:00)

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ bölgəsindəki son münaqişəli situasiyanı da diqqətdə saxlayıblar.

Rusiyalı nazir erməni prezidentlə görüşdə deyib ki, cəbhədəki son hadisələrdən hələ ki danışıqlar masasına qayıtmaq çətindir: "Vəziyyət bir az sakitləşməli, insanlar rahat olmalıdırlar".

S.Lavrov münaqişənin yalnız sülh yolu ilə həllini mümkün saydıqlarını vurğulayıb, arabağla bağlı danışıqların davam etdirilməsinin vacibliyindən danışıb.

"Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, ümumilkdə atəşkəs rejimi pozulmur. Prezident Vladimir Putin şəxsən 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs müqavilələrinin şərtlərinə əməl olunmasını istəyir.

Yaranmış situasiyanı Ermənistan və Azərbaycanın adından həll edə bilmərik, lakin zorakılığın qarşını alacaq nəzarət mexanizmlərinin təmas xəttində tətbiq olunmasını və münaqişənin danışıqlar yolu ilə həll olunması sahəsində öz dəstəyimizi göstərməkdə davam edəcəyik.

Düşünürəm ki, ATƏT-in Minsk Qrupu üzərinə düşən vasitəçilik funksiayalarını icra etməkdə davam etməlidir".

Modern.az