Suriya yenidən Türkiyə ərazisini atəşə tutdu - 2 ölü, 6 yaralı (Yenilənib)

22 Aprel 2016 21:33 (UTC+04:00)

Zərbələr nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Rəsmilər bu məlumatı hələlik təsdiqləməyib.

Trend

***
20:46

Türkiyənin Kilis əyaləti yenidən Suriya ərazisindən raket atəşinə tutulub.

Üç mərmi Kilis şəhərinin mərkəzinə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var, onların dəqiq sayı məlum deyil.

Xatırladaq ki, aprelin 18-də Kilis İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulmuşdu, 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.

APA