İrəvan yenə qarışdı - 42 nəfər saxlanıldı
22 Aprel 2016 23:35 (UTC+04:00)
Bu barədə "Armenia Today" portalı xəbər verib.
İndiyədək artıq 42 yürüş iştirakçısı saxlanılıb. Ermənistan prezidentinin iqamətgahının ətrafına çoxlu sayda polis əməkdaşları yerləşdirilib.
Yürüş iştirakçıları ölkə başçısına bir sıra tələblər irəli sürüblər. Onların əsas tələbləri Dağlıq Qarabağdakı status-kvonu dəyişəcək hər hansı sənədin imzalanmaması, ərazi güzəştlərinin edilməməsi və sülhməramlı qüvvələrin Dağlıq Qarabağda və ətraf ərazilərdə yerləşdirilməsinin qarşısının alınmasıdır.
Virtualaz.org