Qubad İbadoğlu nazirliyə müraciət etdi - 3-cü dəfə

23 Aprel 2016 09:25 (UTC+04:00)

Bu barədə AzNews.az-a hərəkatın sədri Qubad İbadoğlu məlumat verib. O qeyd edib ki, aprelin 22-də hərəkatının qeydiyyatı üçün müraciət ərizəsindəki imzalar bütün təsisçilərin iştirakı ilə notarial qaydada təkrar təsdiq olunub: "Yeni ərizə son təsis yığıncağında göstərilən texniki iradlar nəzərə alınmaqla müvafiq dəyişikliklər edildikdən sonra hazırlanan sənədlərlə birlikdə rəsmi olaraq dövlət qeydiyyatına göndərildi".

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə əlaqədar mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdi. Nazirlik hərəkatın qeydiyyata alınmamasına səbəb kimi sənədlərdə texniki qüsurların olduğunu göstərmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az