Sarkisyan Türkiyənin ünvanına sərt ittihamlar səsləndirdi

15 Noyabr 2012 12:05 (UTC+04:00)
Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçi qəbul edən Ermənistanın Baş naziri Tiqran Sarkisyan Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib.

AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, tərəflər regional problemlərə də toxunublar. Tiqran Sarkisyan Ermənistan və Türkiyə arasında imzalanmış protokolların icra olunmamasına görə rəsmi Ankaranı günahlandırıb. O, həmçinin qeyd edib ki, protokollar ABŞ, Avropa Birliyi və Rusiya tərəfindən də dəstəklənmişdi.

Latviyalı nazir isə öz növbəsində bölgədə gərginliyin azaldılmalı olduğunu deyib və bildirib ki, Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail olmaq lazımdır.

Sadiq Musa
AzNews.az