Ağdam köçkünləri Ermənistanı Avropa Məhkəməsinə verir - Video + Fotolar
23 Aprel 2016 13:10 (UTC+04:00)
Bu barədə Cəlal Rəhimovun oğlu Elçin Rəhimov məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda lazımı sənədlər toplanaraq erməni işğalı ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq.
M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasında müalicə alan Cəlal Rəhimovun vəziyyəti orta ağırdır. Həkim Nadir Abbasovun sözlərinə görə, C.Rəhimovun ayaqları amputasiya oluna bilər:
Qeyd edək ki, bu ilin aprelin 2-də erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsinə Ağdam rayonundan köçkün düşən Cəlal Rəhimov ağır yaralanıb, onun qardaşı oğlu 23 yaşlı Orxan Rəhimov isə həlak olub. Erməni təxribatları ilə bağlı cinayət işi başlanıb.
Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib ki, cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətlərindən zərər çəkən vətəndaşlar hüquqlarının müdafiəsi üçün birbaşa Avropa Məhkəməsinə müraciət edə bilərlər.