Alman deputatdan cəbhədəki gərginliklə bağlı - Açıqlama

23 Aprel 2016 14:26 (UTC+04:00)

AzNews.az
xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir: "Cənubi Qafqazın sabitliyi Almaniya Federativ Respublikası üçün strateji əhəmiyyət daşıyır. Dağlıq Qarabağ regionunda bu yaxınlarda insan tələfatı ilə nəticələnmiş hərbi münaqişənin yenidən alovlanması beynəlxalq ictimaiyyəti məsələnin sülh yolu ilə həllinə sövq etməlidir. Heç bir hərbi qarşıdurma münaqişənin davamlı həllinə gətirə bilməz və münaqişə iştirakçıları atəşkəsə riayət etməlidir. Bundan başqa, Minsk qrupu hər zamankındən daha çox BMT-nin müvafiq qətnamələri və beynəlxalq vasitəçilik qaydalarına hörmət etməklə münaqişəyə son qoyulmasına nail olmağa çağırılır".