Fransa prezidenti Ermənistana gəlir

15 Noyabr 2012 12:17 (UTC+04:00)


Yeni seçilmiş Fransa prezidenti Fransua Olland 2013-cü ilin əvvəlində Ermənistana rəsmi səfər edəcək.

AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan verib. Sarkisyanın Paris səfərini şərh edən Nalbandyan qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir.

O, Fransa prezidentinin Ermənistan səfərini də ikitərəfli münasibətlərə xüsusi impuls verəcəyini deyib.

Sadiq Musa
AzNews.az