Dövlət Departamenti: “Moskva Trans-Xəzər layihəsinə mane ola bilməz”

15 Noyabr 2012 12:21 (UTC+04:00)


ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Türkmənistanda beynəlxalq "neft və qaz" konfransında çıxışı zamanı Moskvanı təhdid edib.

AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, L.Treysi bildirib ki, rəsmi Vaşinqton Trans-Xəzər qaz kəmərinin çəkilməsində maraqlıdır. O, həmçinin bildirib ki, Rusiya bu məsələlərə mane ola bilməz. "Türkmənistan və Azərbaycan qaz kəmərinin dənizin dibi ilə çəkilməsi ilə bağlı razılığa gələrlərsə heç bir dövlət süni əngəl yarada bilməz".

Sadiq Musa
AzNews.az