Bakıda obyektdə partlayış – FOTO, Yenilənib

24 Aprel 2016 11:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hazırda hadisə yerində araşdırma aparılır.

***
10:24

Bu gün səhər saat 9.00-da "Xalq bank"ın anbarında güclü partlayış baş verib.

Məlumata əsasən, hazırda ərazi təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, "Xalq bank"ın baş ofisi İnşaatçılar prospektində yerləşir.

Partlayışın səbəbi bilnimir.

ann.az