“Xalq Bank”dan partlayışla bağlı - Açıqlama

24 Aprel 2016 12:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu "Xalq Bank"ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev APA-ya açıqlamasında bildirib.

E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında "Xalq Bank"ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.