Dəhşətli qətl - Keçmiş polis rəisi və 5 ailə üzvü öldürüldü
24 Aprel 2016 13:01 (UTC+04:00)
Samarada Sızran Rayon Polis İdarəsinin keçmiş rəisi Andrey Qoşt və ailə üzvləri öldürülüb.
Üç kişi və üç qadının cəsədi Sızran rayonunun İvaşovka kəndində aşkar edilib. Hadisə yerində xəsarət almış 7 yaşlı qız da aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində təhqiqat qrupu araşdırma aparır.
APA