YAP-çılar sabah “Buta”ya toplaşır

15 Noyabr 2012 12:26 (UTC+04:00)
Noyabrın 16-da "Buta" sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

AzNews.az-un əldə etdiyi məlumata görə, mərasimə Azərbaycanın bütün hökumət və dövlət üzvləri, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri və digər rəsmi şəxslər dəvət olunublar. Tədbirdə Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Vasif Həsənli
AzNews.az