9 yaşlı uşağın meyiti tapıldı - 4 gün sonra

24 Aprel 2016 17:06 (UTC+04:00)

Aprelin 20-də axşam radələrində Baş Şirvan kollektoruna düşən Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlunun meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupunun əməkdaşları meyiti 600 metr aralıda sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.


APA